Bakı. 6 aprel. REPORT.AZ/ Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. "Report" xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb.
Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirilib, plakatlar qaldırılıb.
Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.