Cəbhədə atəşkəsin pozulması halları yenidən artıb

Cəbhədə atəşkəsin pozulması halları yenidən artıb
12:23 2 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub.

Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2349486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR