Gəncədə kişi özünü bıçaqladı

Gəncədə kişi özünü bıçaqladı
12:57 2 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə sərxoş kişi özünə xəsarət yetirib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, 1960-cı il təvəllüdlü Turab Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
 
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının araşdırması zamanı məlum olub ki, üç dəfə məhkumluq həyatı yaşayan T. Məmmədov sərxoş vəziyyətdə yaşadığı evin həyətində mətbəx bıçağı ilə özünə xəsarət yetirib.
 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR