İngiltərə Premyer Liqasının XX turu çərçivəsində doğma publika önündə “Lester”lə 2:2 hesablı heç-heçəyə razılaşan “Liverpul” tarixə düşüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Stiven Cerrardın 17 və 40-cı dəqiqələrdə penaltilərdən fərqlənməsi komandasına həm yubiley, həm də liderlik sevinci yaşadıb.
Belə ki, “Liverpul” ölkə çempionatında 100-cü dəfə 11 metrlik cərimə zərbəsini reallaşdıran ilk komanda ünvanına sahib olub.
Qeyd edək ki, cari mövsümdə 19-cü matçını keçirən Cerrard penaltilərdən vurduğu qollarının sayını 31-ə çatdırıb. Liverpul təmsilçisinin kapitanından daha çox fərqlənən futbolçular Frenk Lempard (43) və Alan Şirerdir (56).
Milli.Az