Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin ögey bacısının olduğu məlum olub.

Milli.Az "Hürriyet"ə istinadən xəbər verir ki, məşhur müğənninin atasının başqa qadından daha bir qızı var imiş. Ebru Gündeşin atası da bunu etiraf edib.

Bu haqda xəbərlər "Söyləməzsəm, olmaz" verilişində yayılıb. Verilişdə Ebru Gündeşin bacısı Aslıhanla heç bir münasibətinin olmadığı bildirilib. Lakin bacısının 2 il əvvəl Ebru Gündeşin konsertinə getdiyi və sosial şəbəkədə bu barədə qeyd etməsi məlum olub:

"Konsert super keçdi, elə sən də əla idin. Göz-gözə gəldik, sən məni gördün. Səni sevirəm".

Milli.Az

Ebru Gündeşin bacısı ortaya çıxdı - FOTO
Ebru Gündeşin bacısı ortaya çıxdı - FOTO