Mayamidə həbs olunan iş adamı Rza Zərrab yaxın zamanda Nyu-Yorka köçürüləcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Ebru Gündeşin cənubi azərbaycanlı həyat yoldaşı yol boyu 4 gecə ərzində 4 müxtəlif həbsxanada yatacaq.

Zərrab Nyu-Yorka gələn kimi məhkəmə qarşısına çıxarılacaq. Nyu-Yorkun cənub bölgəsi prokurorqluq ofisinin mətbuat katibi Ceyms Marqolin ilk məhkəmədə Rzanın vəkillərinin təzminat ödəmək şanslarının olduğunu bildirib.

Baş prokuror Prit Bharara türklərdən ona gələn mesajlar haqda danışaraq deyib%:

"Bu adam Türkiyədə çox məşhur imiş. Rza Zərrabın həbsinə kimi Tvitterdə 8100 izləyicim var idi. Bir neçə gün ərzində isə 270 mini keçdi. Artıq 300 minə çatır. İngiliscə yaza bilməyənlər də türkcə mesajlar yazaraq məndən ədalətli olacağımı istəyirlər".