Azərbaycanda elektron kənd təsərrüfatı yaradılacaq

Azərbaycanda elektron kənd təsərrüfatı yaradılacaq
13:38 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Üç il ərzində Azərbaycanda elektron kənd təsərrüfatı sistemi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin təsdiqlədiyi "Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları"nda deyilir.

Sistem üç il müddətində mərhələli şəkildə yaradılacaq.

Qaydalara əsasən "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyəti, məlumatların təhlükəsizliyini, şəffaflığı və hesabatlılığı təmin edəcək.

Elektron kənd təsərrüfatının strukturuna torpaq sahələrinin eyniləşdirməsinin alt sistemi, kənd təsərrüfatı məhsullarının istehsalçılarının (fermerlərin) qeydiyyatının alt sistemi, subsidiya vermənin, bəyanatların idarə edilməsinin alt sistemi, analiz və hesabın alt sistemi daxil ediləcək, həmçinin heyvanların qeydiyyatı və eyniləşdirilməsi sistemləri, icarə əməliyyatlarının avtomatlaşdırması, kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatının subyektlərinin monitorinqinin qeydiyyatı və kənd təsərrüfatı bazarı haqqında informasiya sistemlərini özündə birləşdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR