Goranboyda qətl törədilib

13:57 2 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 13:55 ]

Goranboy. Azər Məmmədli – APA. Goranboy rayon sakini qətlə yetirilib. Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Quliyev Zaur Muxtar oğlu qohumu, rayonun Dəyirmançı kənd sakini, 1977-ci il təvəllüdlü Avazov İsrafil Avaz oğlunu bıçaqlayıb. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR