"Qalatasaray"ın sabiq futbolçusu qərarını verdi

"Qalatasaray"ın sabiq futbolçusu qərarını verdi
13:57 2 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi”nin təcrübəli futbolçusu Didye Droqbanın karyerasını bitirəcəyi vaxt müəyyənləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu cari mövsümün sonunda butslarını mismardan asmağı qərara alıb.

Droqba qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacaq. O, futbolçu karyerasını başa vurduqdan sonra “Çelsi”nin məşqçilər korpusunda yer almaq niyyətindədir.

Karyerası ərzində “Le Man”, “Genqam”, “Marsel”, “Şanxay Şenxua” və “Qalatasaray” klublarının da formasını geyinən Droqba məhz “Çelsi”dəki çıxışı ilə parlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR