Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anıldı - FOTO

Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anıldı - FOTO
18:17 15 Aprel 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 15-də Binəqədi rayonunda Azərbaycanda Oftolmalogiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Milli.Az bildirir ki, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət edibblər. Yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb. Anım mərasimində YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

Xatirə günündə bir daha qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedalı insan olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür-gün yaşayan Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/425584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR