2014-cü ildə yol qəzaları 1121 can aldı

2014-cü ildə yol qəzaları 1121 can aldı
14:19 2 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda 2606 yol qəzası baş verib. APA-nın məlumatına görə, 2014-cü ildə ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb.

2013-cü illə müqayisədə 233 yol qəzası, 39 ölüm və 218 yaralanma faktı azalıb.

Ötən ilin dekabr ayında 178 yol qəzası baş verib, nəticədə 98 nəfər ölüb, 265 nəfər xəsarət alıb.

Qeyd edək ki, 2013-cü ildə ölkə ərazisində 2840 yol qəzası baş verib, nəticədə 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR