Moskva metrosunda ölüm olub.
Milli.Az İnterfax-a istinadən bildirir ki, vaqon birləşdiricisinin üstündə "səyahət" edən paytaxt sakini dairəvi yolda qatarın altında qalıb.
"Cümə axşamı, təxminən 06:30-da 24 yaşlı Moskva sakini "Park Kulturı" (dairəvi) stansiyasında vaqonlar arasındakı birləşdiricinin üzərinə çıxıb, bu vəziyyətdə "Kiyevskaya" stansiyasına qədər gedib", - polisdən agentliyə bildiriblər.
Məlumata görə, "Kiyevskaya" stansiyasında o, tarazlığını saxlaya bilməyib və yıxılaraq təkərlərin altında qalıb.
Milli.Az