Ekvador sahillərində güclü zəlzələ baş verib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 7,4 bal təşkil edib. Məlumata görə, 10 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Ekvador sahilinə çox yaxın ərazidə, paytaxt Kitodan 173 km şimal-qərbdə baş verib.
Ekvador və Kolumbiyanın sahil rayonlarında sunami təhlükəsi elan edilib.
Dağıntılar və insan itkisi barədə hələlik məlumat verilmir.