"Liverpul"un əfsanəsi gedir?

"Liverpul"un əfsanəsi gedir?
14:52 2 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

“Liverpul”un kapitanı Stiven Cerrard doğma klubunu tərk etmək istəyir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “mersisaydlılar”la müqaviləsinin müddəti yayda bitəcək təcrübəli yarımmüdafiəçi ABŞ-a köçmək fikrindədir.

Cerrard qərarı ilə bağlı rəsmi açıqlama verməsə də, İngiltərə mətbuatı onun “Liverpul”dan ayrılmaq variantının real olduğunu yazır. 34 yaşlı futbolçu ilə “Los-Anceles Qelaksi” uzun müddətdir ki, maraqlanır.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Cerrard karyerası ərzində hələlik başqa klubun formasını geyinməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR