"Arsenal"ın futbolçusu Məsut Özilin zədəsi tam sağalıb.
Qol.az Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə türkəsilli alman yarımmüdafiəçinin özü "Bild"ə açıqlamasında deyib. Bildirib ki, İngiltərə Kubokunda "Hall Siti"yə qarşı bazar günü keçiriləcək matçda oynaya bilər.
Qeyd edək ki, M.Özil "Çelsi"yə qarşı ötən ilin oktyabr ayında keçirilən İngiltərə Premyer Liqasındakı oyunda zədələnib.
Milli.Az