""Çelsi" "Barselona" kimi oynayır"

""Çelsi" "Barselona" kimi oynayır"
17:12 2 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Sesk Fabreqas oyun üslublarını sabiq klubu "Barselona"ya bənzədib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan oyunçu deyib ki, matçlarda "Barsa" kimi  topa çox sahib olmağa çalışırlar:

"Bizim kimi təkcə "Barselona" oynaya bilir. Qarşılaşma zamanı topa daha çox sahib olub üstün tərəf olmağa çalışırıq. Qol epizodları yaratmağın yollarını axtarırıq. Taktiki sxemimiz fərqli olmasına baxmayaraq, oyun fəlsəfəmiz "Barselona" ilə oxşardır".

Sesk baş məşqçisi Mourinyo haqda da müsbət fikirlər səsləndirib:

"Mourinyo ağıllı baş məşqçidir. Futbolçuları oyun üslubuna çox tez uyğunlaşdırır. Mourinyonun çalışdırdığı komandalar çətin vəziyyətdə belə rahat oynaya bilir. Buna görə də o, möhtəşəm məşqçidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR