"Kamikadze" gəmi Hindistana hücum çəkdi

"Kamikadze" gəmi Hindistana hücum çəkdi
17:22 2 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Partlayıcı maddələrlə yüklənərək Hindistana doğru üzən Pakistan gəmisi sahilə az qalmış partlayıb. Gəminin göyərtəsində olan 4 nəfərin hamısı həlak olub.

Virtualaz.org saytı “Reuters” agentliyinə istinadən xəbər verir ki, Hindistan hökumətindəki mənbələr bu ölkənin Sahil Mühafizə Xidmətinin Pakistan gəmisini bir saatdan çox təqib etdiyini, xəbərdarlıq atəşi açdığını bildirib. Lakin pakistanlılar buna məhəl qoymayıblar.

Bununla belə Pakistan gəmisi Hindistanın qərb sahillərinə 365 km qalmış saxlanılıb. Sahil Mühafizə Xidmətinin əməkdaşları gəmiyə yanaşaraq orada axtarış aparmağa cəhd göstəriblər. Elə bu zaman gəminin pakistanlı ekipajının üzvləri intihar yolunu seçərək gəmini yandırıblar. Bundan sonra gəmidə güclü partlayış baş verib.

Hindistanın Sahil Mühafizə Xidməti olayla bağlı hər hansı açıqlama verməkdən imtina edib. Bununla belə istintaq Pakistan gəmisinin Hindistana 11 sentyabr hücumları sayaq intiharçı hücum məqsədilə yola çıxması versiyası üzərində işləyir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR