Məşhur sevgililərin toy arzusu puç oldu

Məşhur sevgililərin toy arzusu puç oldu
17:42 2 Yanvar 2015
351 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir müddətdir sevgili olan müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğur münasibətlərinə son qoyublar.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Merve bu haqda açıqlama verib:

"Murad Dalkılıçla münasibətimizi qarşılıqlı sevgi və hörmət çərçivəsində bitirmək qərarı aldıq. Qərarımızın heç bir üçüncü şəxslə əlaqəsi yoxdur. Yaşadığımız bu müddətin çox həssas olmasını nəzər alaraq, hörmətli media mənsubu dostlarımdan daha anlayışlı  olmalarını xahiş edirəm".

Murad da son verdiyi bayram konsertlərindən birində məlumatı təqdiqləyib:

"Yeni ildə mənim kimi tənha insanlara məhəbbət, pulsuzlara pul arzu edirəm".

Xatırladaq ki, cütlüyün münasibəti 2013-cü ilin yay aylarında başlamışdı. Hətta onlar evlənməyə qərar vermişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/316957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR