Azərbaycanlı teleaparıcı ərə getdi (FOTO)

Azərbaycanlı teleaparıcı ərə getdi (FOTO)
18:21 2 Yanvar 2015
740 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış teleaparıcısı Günel Hümbətova ailə həyatı qurdu.

ANS PRESS-in məlumatına görə, teleaparıcı heç kimin gözləmədiyi anda Amerikanın Las-Veqas şəhərində nigaha daxil olub. Aparıcı məhz dekabrın 31-i, Yeni il gecəsi ağ gəlinlik geyinib. Günel Hümbətovanın həyat yoldaşı adı Firuz Soliyevdir.

Sevincini sosial şəbəkədə hər kəslə paylaşan Günel çox xoşbəxt olduğunu bildirib: "Yeni ilin ilk gunu gozumu artıq ailəli biri kimi açdım . Əsas keçirdiyim hisslərdi - Xoşbəxtəm! Ailə qurmağa heç zaman tələsməmişəm, hətta çox gec ailə quracağımı deyirdim həmişə. Amma qismət. Qismətə bu dəfə daha çox inandım. Rəsmi olaraq dunya evinə sadə formada, elə sözün açığı həmişə arzuladığım kimi hər zaman arzuladıgğm yerdə daxil oldum. Bütün subaylara ərə getməyi və evlənməyi deyil, ailə qurmağı arzu edirəm! O ki qaldı efir filan, soruşanların sualını elə buradan cavablandırım. Mən efirlə çoxdan vidalaşmışam. Efirlərimizi elə uzaqdan ailəmlə birlikdə izləmək daha maraqlı olacaq."






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR