Binəqədi rayonunda yeni "Gənclər evi" açılıb

Binəqədi rayonunda yeni "Gənclər evi" açılıb
17:32 25 Aprel 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Binəqədidə yeni "Gənclər evi"nin açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, deputatlar, rayon rəhbərliyi iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov ölkədəki 38 "Gənclər evi"nin artıq geniş şəbəkə olduğunu bildirib: ""Gənclər ev"lərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə 5, 2009-2012-ci illərdə 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilib. Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilən Gənclər Evlərinin sayı 12-ə çatıb".
Nazir qeyd edib ki, "Gənclər evi" gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərin psixoloji reabilitasiyasını həyata keçirən, hüquqi və informasiya məsləhətlərin göstərilməsi məqsədilə yaradılan sosial xidmət müəssisəsidir: "Gənclər siyasətinin əsas məqsədi vətənpərvər, sağlam, bilikli, təşəbbüskar gənclərin formalaşdırılması üçün şərait yaratmaqdır. "Gənclər Evləri" ən müxtəlif gənclər kateqoriyaları ilə işi təmin etmək üçün unikal imkanlar yaradır. Burada fəaliyyət "gənclər-gənclərə" prinsipi üzərində qurulur. Müəssisədə işləyən və oradan yararlananlar da gənclərdir".
Qeyd edək ki, 3 girişli, 3 mərtəbə və zirzəmidən ibarət yeni "Gənclər evi" Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov küçəsində yerləşir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bineqedi-rayonunda-yeni-gencler-evi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı