Bulvarda intihar edən şəxsin fotosu

Bulvarda intihar edən şəxsin fotosu
18:26 2 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün özünü dənizə atan şəxsin fotoları yayılıb.

ANS PRESS xəbər verir ki, Səbail Rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun APA-ya verdiyi məlumata görə, ötən gün Milli Parkda özünü dənizə ataraq intihar edən qadının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.

Şəkildə olan şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə 437-02-02 və 39-cu Polis bölməsinə 498-02-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR