“Xocalı soyqırımı qan yaddaşımızdır” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Xocalı soyqırımı qan yaddaşımızdır” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
08:08 22 Fevral 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 22 fevral, AzərTAc
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AzərTAc xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə şəhər 2 nömrəli məktəb-liseydə keçirilib. 44 ümumtəhsil məktəbindən 50 şagirdin iştirak etdiyi yekun mərhələnin nəticəsinə görə, şəhər 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Nərmin İbrahimli birinci, Hacıqərvənd kənd tam orta məktəbin IX sinif şagirdi Sona Məmmədli ikinci, şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Maya Abdullazadə üçüncü yerə layiq görülüblər.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_soyqirimi_qan_yaddasimizdir_insa_yazi_musabiqesinin_qalibleri_mukafatlandirilib-834036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR