Polisi özü ilə qatarın altına saldı

Polisi özü ilə qatarın altına saldı
19:05 2 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyada polis şübhəli şəxslə birlikdə qatarın altına düşüb

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, hadisə Madriddə, "Embaxadores" stansiyasında baş verib.

Patrul xidməti aparan polis həmkarı ilə birlikdə dava salan şəxsə yaxınlaşıb və ondan sənədlərini tələb edib. Həmin adam etiraz edib və onlar əlbəyaxa olublar. Nəticədə hər iki kişi relslərin üstünə düşüb.

"Xırda insidentdən sonra polis həmin şəxsin kimliyini aydınlaşdırmağa çalışıb. Lakin adam sənədlərini verməkdən imtina edib və mənə çatdırılan məlumata görə, polisə səsini qaldırıb, sonra aralarında dava başlayıb və onlar dəmiryolun üzərinə yıxılıblar", - daxili işlər naziri Xose Fernandes Dias deyib.

El Confidencial bildirir ki, qatarın vurduğu polis hadisə yerində keçinib, onun əlbəyaxa olduğu qaradərili şəxs isə ağır, o cümlədən kəllə-beyin travması alıb.

Dəmiryolunda hərəkət bir müddət dayandırılıb.

Bu hadisədən bir az əvvəl isə Madridin digər stansiyası "Atoça"da daha bir olay yaşanmışdı. Vağzaldakı bütün insanlar bomba təhlükəsi səbəbindən boşaldılmışdı. Rükzakında bomba olduğunu, özünü partladacağını deyən adamı polis zərərsizləşdirmiş, çantasının boş olduğunu görmüşdü. Həmin şəxs həbs edilib. Panika zamanı isə qatardan düşən bir qadın zədə alıb, bir neçə sərnişinə psixoloji yardım göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR