Qriqorçuk tələb etdi, "Qəbələ" "ova" çıxdı

Qriqorçuk tələb etdi, "Qəbələ" "ova" çıxdı
19:12 2 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

Qış transferi dövründə hələlik heyətinə yalnız Rəşad Sadiqovu qatan “Qəbələ” transfer çalışmalarını davam etdirir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yeni baş məşqçi Roman Qriqorçuk rəhbərliklə söhbətində ilk növbədə, hücum xəttinin gücləndirilməsini tələb edib.

Bu səbəbdən “Qəbələ” taran tipli forvard axtarışına çıxıb. Qriqorçuk ön xəttin legioner futbolçu ilə gücləndirilməsini istəyir. Şimal klubunun Antalyada keçəcəyi təlim-məşq toplanışında düşərgəyə bir neçə futbolçunun qoşulacağı gözlənilir.

Bundan əlavə, klub rəhbərliyi müqavilə ilə “Rubin”ə məxsus olan Ruslan Abışovla da əməkdaşlığı davam etdirmək istəyir. Elə Ruslanın özü də karyerasını “Qəbələ”də davam etdirməyin əleyhinə deyil. Bu məsələnin yaxın günlərdə həll olunacağı gözlənilir.

Qeyd edək ki, “Qəbələ” yanvarın 5-də Antalyaya yollanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR