"Qəbələ" Superliqa təmsilçisi ilə qarşılaşacaq

"Qəbələ" Superliqa təmsilçisi ilə qarşılaşacaq
19:31 2 Yanvar 2015
147 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ” futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib.

ANS PRESS klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaq. Türkiyə Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.

Bunadək “Qəbələ”nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də iki matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. Bundan əlavə, “Qəbələ” yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR