Türkiyənin məşhur müğənnisi Murat Boz Uçankuş Tv-də yayımlanan "Ünlüler Bulvarı" verilişinin qonağı olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni verilişdə həm özü, həm də Ebru Gündeş, Acun Ilıcalı və Aslı Enver haqqında etiraflar edib:

""Gün ağardı" mahnısını eşidəndə ağlıma Ebru Gündeş gəldi. Ebru çox yaxşı insandır, dostumdur. Təklif edən kimi, "Murad, səninlə hər şeyi edərəm" dedi. Mahnı bəyənildi. Hədəfimizə çatdıq. Ebruya təşəkkür edirəm".

Murad onu "O səs Türkiyə"yə münsif kimi gətirən Acun Ilıcalı barədə də etiraf edib:

"Acun Muradı deyil, Muradın kim olduğunu türk xalqına göstərən adamdır. Karyeramdakı yeri çox önəmlidir. Məni Türkiyəyə həqiqi simamla göstərdi. Onu böyük qardaşım kimi görürəm. "O səs Türkiyə"dəki işim hələ davam edəcək".

Müğənni aktyor kimi yeni filmlərə çəkiləcəyini bildirib. O, verilişlərin birində yayılan cavanlıq fotosu barədə danışaraq: "Cavanlıq idi. O vaxtlara qayıtmağı istəyərdim", - deyib.

Murat Aslı Enver ilə bağlı münasibətlərindən danışarkən isə: "Bir adamı sevəndə ona daha çox bağlanıram. Ən gözəl sevgilər də planlaşdırılmamış sevgilər olur. Mən Aslı ilə çox xoşbəxtəm. Amma bəzən düşünürəm ki, çox sevən tərəf həmişə istifadə olunur", - söyləyib.

Milli.Az

Murad Boz: "Çox sevən tərəf həmişə istifadə olunur" - FOTO
Murad Boz: "Çox sevən tərəf həmişə istifadə olunur" - FOTO
Murad Boz: "Çox sevən tərəf həmişə istifadə olunur" - FOTO
Murad Boz: "Çox sevən tərəf həmişə istifadə olunur" - FOTO