Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət mərkəzində olanlar təxliyə olunub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.