“28 Mall” ticarət mərkəzi yanır

“28 Mall” ticarət mərkəzi  yanır
20:29 2 Yanvar 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda, “28 may”  metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb. APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət  mərkəzində olanlar təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR