Bakıda döyüş sursatları tapıldı

Bakıda döyüş sursatları tapıldı
20:31 2 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda döyüş sursatları aşkarlanıb.

ANS PRESS-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçiriblər.

Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR