Dilinin altına qənd qoy!

Dilinin altına qənd qoy!
21:05 2 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Yəqin, çoxları yaşlı adamlardan bu sözü tez-tez eşidiblər. Çox məsələdə olduğu kimi, elə burada da ağsaqqallarımız-ağbirçəklərimiz haqlıdırlar.

İş burasındadır ki, qanda şəkərin səviyyəsinin düşməsi insanı tündməcaz edir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, psixoloqlar 107 ailəli qadın və kişini qarşılıqlı münasibətləri və axşamlar qovğa edib-etməmələri barədə sorğu-sual ediblər.

Ölçmələrdən sonra belə nəticə hasil olub ki, qanda şəkərin səviyyəsi nə qədər aşağı olubsa, həmin adam bir o qədər tez özündən çıxıb, qıcıqlanıb.

Bundan başqa, belə adamlar gün ərzində qohumları ilə 2 və daha artıq dəfə dalaşıblar.

Eyni zamanda şəkərin defisitinin insanları niyə belə aqressiv etdiyi məlum deyil. Mütəxəssislər təxmin edirlər ki, ola bilsin, beyin işini düzgün qurmaq üçün daha çox şəkərə ehtiyac duyur.

Qanda şəkərin miqdarının düşməsinə səbəb kimi isə alimlər sərt pəhrizləri və yarımçıq qidalanmağı əsas götürürlər. Ancaq iş təkcə qəbul edilən qidanın yetərsizliyində deyil. Məlum olub ki, düzgün olmayan qida seçimi də qanda şəkərin miqdarını azalda bilər (məsələn, desert qismində bir tikə tort və bir qədəh şərab qanda şəkəri artırmır).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR