Xanım Qafarovanın anası kömək istəyir

Xanım Qafarovanın anası kömək istəyir
00:05 3 Yanvar 2015
302 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış aktrisası, bir neçə ay öncə dünyasını dəyişən Xanım Qafarovanın anası Gövhər Qafarova çətin vəziyyətdədir.

Qızının ölümündən sonra səhhətində ciddi problemlər yaranan G.Qafarova yatağa düşüb.

“Bir aydan çoxdur ki, vəziyyətim ağırdır. Ayaqlarımın ikisi də tutulub. Gəzə bilmirəm. Özümü çox piss edirəm. Halım yoxdur. Heç kim də bizimlə maraqlanmır. Çarəsiz, kimsəsiz qalmışıq” - deyə G.Qafarova azvision.az-a bildirib.

G.Qafarova özündən çox Xanım Qafarovanın qızına görə narahat olduğunu deyib:

“Mən yaşlı qadınam. Allah bilən məsləhətdir. Ölümdən qorxmuram. Amma nəvəmi tək qoyub ölmək istəmirəm. Yazıqdır. Mən yatağa düşmüşəm, yazıq uşaq da qalıb ac-susuz. Ayağa durub ona yemək hazırlaya bilmirəm. Bayramı göz yaşları içində keçirmişik. Vəziyyətimiz çox pisdir”.

Aktrisanın anası millət vəkillərinə və Səhiyyə Nazirliyinə müraciət edərək onlara kömək etmələrini xahiş edib.

“Deputatlarımızdan xahiş edirəm bizə kömək etsinlər. Xanımın xatirinə heç olmasa onun qızı kimsəsiz qalmasın. Vallah heç kimdən pul istəmirəm. Bu uşağa görə kömək etsinlər. Ayağa dura bilsəm dərdim olmaz. İmkanımız da yoxdur ki, həkimə gedək. Deputatlarımızdan xahiş edirəm bizə kömək etsinlər. Səhiyyə Nazirliyindən kömək istəyirəm. Həkim gətirsinlər mənə baxsın. Ağrılarım o qədər çoxdur ki, dözə bilmirəm” - deyə aktrisanın anası qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR