Mazuta görə gömrük rüsumu ödənilməyəcək

Mazuta görə gömrük rüsumu ödənilməyəcək
17:42 6 May 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən "Azərenerji" ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azaddır.

Milli.Az APA-nya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin  6 aprel 2016-cı ildə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib. Bu qərar imzalandığı gündən 30 gün sonra, yəni bu gün qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/431992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR