Binəqədidə faşizm üzərində qələbənin 71 illiyi qeyd edilib - FOTO

Binəqədidə faşizm üzərində qələbənin 71 illiyi qeyd edilib - FOTO
16:22 7 May 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 71 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə Trend-ə Binəqədi rayon İcra Hakimiyyətindən verilib.

Çay süfrəsi ətrafında təşkil olunan tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın məsul şöbə müdiri və əməkdaşları, Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Binəqədi rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri iştirak ediblər.

Tədbirdə Böyük Vətən Müharibə Veteranları qarşısında çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulamış, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib.

Natiq eyni zamanda qeyd etmişdir ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezident cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
Daha sonra çıxış etmək üçün söz alan Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev isə vurğuladı ki, Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarına yüksək dövlət qayğısı göstərilir və bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Natiq həmçinin vurğulayıb ki, bu diqqətin əsas göstəriciləri veteranların sosial qayğılarının həlli istiqamətində görülən mütərəqqi işlərdir.

Sonda tədbirdə iştirak edən Binəqədi rayon Böyük Vətən Müharibə Veteranları Şurasının üzvləri dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğının onlara mənəvi dayaq olduğunu bildirdilər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/432272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR