Kim Çen Inın bacısı ərə getdi

Kim Çen Inın bacısı ərə getdi
00:54 3 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim E Çjon Koreya Əmək partiyasının Mərkəzi Komitə katibinin oğluna ərə gedib.

 

Bu barədə “Çində olan nüfuzlu mənbəyə istinadən” Cənubi Koreyanın “Renhap” agentliyi məlumat yayıb, Oxu.Az xəbər verir.

 

Agentlik qeyd edir ki, Kim E Çjonun qayınatası – Koreya Əmək partiyasının sədri Tsoy Ren Xe Şimali Koreyada nüfuzuna görə ikinci şəxsdir.

 

Qız onun 30 yaşlı kiçik oğlu Tsoy Sona ərə gedib. Onun tutduğu vəzifə açıqlanmır.

 

Kim E Çjonun özü Koreya Əmək partiyasında şöbə rəisidir. 

 

Cümə günü, yanvarın 2-də bəzi Şimali Koreya KİV-i Kim E Çjonun yeni fotoşəklini yayıblar. Bu zaman onun barmağında üzük olduğu görünüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR