Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nigeriyada “Boko Haram” silahlıları 40 nəfəri girov götürüblər

Date: 3 January 2015 02:52

[ 03 Yanvar 2015 02:37 ]



Bakı-APA.  Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqindəki Malari yaşayış məntəqəsinə hücum edərək azı 40 nəfəri girov götürüblər. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, girovların əksəriyyəti 15-23 yaşlı gənc oğlanlardır.

 

Qeyd edək ki, “Boko Haram” silahlıları ötən il ərzində yüzlərlə gənci girov götürüblər. Keçən ilin aprelində silahlılar Çibok şəhərindəki liseyə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüblər. 



Tags:  Nigeriyada Boko Haram silahlıları 40 nəfəri girov götürüblər

RƏYLƏR


Top news