Prezidentdən xalqa qəribə yeni il hədiyyəsi (FOTO)

Prezidentdən xalqa qəribə yeni il hədiyyəsi (FOTO)
03:46 3 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

Argentinanın prezidenti Kristina Fernandes de Kirşner yeni il münasibəti ilə yaydığı təbrik mesajında ölkə xalqı üçün yeniliyə imza atıb. ANS PRESS-in məlumatına görə, ölkə başçısı “Argentine Airlines” aviaşirkətində bəzi dəyişikliklər olacaını bildirib. Fernandes de Kirşner qeyd edib ki, böyük olmamaq şərti ilə sərnişinlər kiçik itlərini yanlarında təyyarəyə mindirə bilərlər.

Facebook səhifəsində kiçik iti ilə şəklini paylaşan Argentina prezidenti, itlərin sahiblərindən ayrılmaması lazım olduğunu düşündüyünü, bu səbəblə də sərnişinlərin kiçik itlərini özləri ilə təyyarəyə mindirə biləcəklərini qeyd edib.

“Artıq “Argentine Airlines” ilə səyahət edərkən kiçik itlərinizi özünüzlə təyyarəyə mindirə bilərsiniz. Amma diqqət edin, sadəcə kiçik itlər. 50 kiloluqları mindirməyin! Sadəcə 2 kq olanları mindirə bilərsiniz”.

Fernandesin bu paylaşımı böyük rəğbətlə qarşılanıb, 44 000 dəfə like edilib, 5 000 şərh yazılıb və 2 000 dəfədən çox paylaşılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR