Almaniya klubu rusiyalı modellərə görə oteldən ayrıldı

Almaniya klubu rusiyalı modellərə görə oteldən ayrıldı
04:44 3 Yanvar 2015
177 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışına yollanan Almaniyanın aşağı divizion təmsilçisi "Duysburq" klubunun rəhbərliyi komandanın qaldığı Antalya şəhərindəki "Lara" otelini tərk etməyə qərar verib. Lent.az-ın məlumatına görə, buna həmin oteldə 400 rusiyalı modelin məskunlaşması səbəb olub.

 

"Duysburq" rəhbərliyi gözəllik müsabiqəsinə qatılmaq üçün Antalyaya gələn rusiyalı modellərin futbolçularla bir oteldə qalmasının təlim-məşq toplanışına mənfi təsir edə biləcəyindən ehtiyatlanaraq komandanı oteldən ayırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR