Futbolun əfsanəsi Pele bu idman növündə Maradona və Messidən daha yaxşı oyunçuların olduğunu düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pele "Real"ın eks oyunçusu Alfredo Di Stefanonu 2 argentinalı ulduzdan daha çoxtərəfli hesab edir.

"Son 15 ildə Messi futbolun şahzadəsidir. Onun kral olduğunu demirəm. Çünki valideynləri bu yöndə istehsalı dayandırıblar. Buna görə futbolun bir kralı var. Deyim ki, tarixdə Messi və Maradonadan daha çoxtərəfli futbolçu olub. Bu Alfredo Di Stefanodur".

Milli.Az