"Arsenal"ın ulduzu "İnter"ə getdi

10:11 3 Yanvar 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın ulduz futbolçusu Lukas Podolski "İnter"ə transfer olub.

ANS PRESS-in məlumatına görə, İtalyan klubu rəsmi olaraq futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb. Bu açıqlamadan sonra Podolski müqavilə imzalamaq üçün Milana yollanıb.

Qış transfer dövründə adı ən çox gündəmə gələn Podolski Roberto Mançini ilə yenidən işləmək şansı əldə edib. Yeni ildən etibarən İtaliya liqasında "İnter"in forrmasını geyəcək futbolçu klubda icarə əsasında çıxış edəcək.

Razılığa əsasən 6 aylıq "İnter"in formasını geyəcək futbolçu Milanda sağlamlıq testindən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Podolski 6 yanvardakı "İnter" - "Yuventus" matçında oynaya biləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR