“Mən “Barselona”nın futbolçusuyam və klubumu dəyişməkdə maraqlı deyiləm. Yaya qədər komandamda oynamaq istəyirəm, sonra isə baxarıq...”
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Dani Alveş komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Braziliyalı müdafiəçi gələcək karyerası haqda qərar vermədiyini bildirib: “Hələ ki, klubun mənə yeni təklif irəli sürməyib. Ancaq mən bundan narahat deyiləm. Qoy necə lazımdırsa, elə də olsun”.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”da çıxış edən Alveşin müqaviləsi mövsümün sonunda bitəcək.
Milli.Az