Bakı. 25 may. REPORT.AZ/ Mayın 27-28-də "CinemaPlus" ("28 Mall") kinoteatrının 5-ci böyük zalında IV Milli Marketinq Forumu keçiriləcək.
Forum təşkilatçılarının “Report”a verdiyi məlumata görə, 6 panel üzrə 31 nəfər spiker öz təcrübəsini iştirakçılarla paylaşacaq. Əvvəlki illərlə müqayisədə bu il zamanın tələbinə uyğun olaraq panellərdə dəyişiklik edilib. Forumda toplam 300 nəfər marketinq mütəxəssisinin iştirakı planlaşdırılır.
Panellər “Böhran dövründə marketinq strategiyası”, “Marketinq kommunikasiyası”, “Bloqçuluq və rəy liderliyi”, “Milli keyslər”, “Rəqəmsal marketinq”, “Şəxsi brendinq” mövzularında olacaq.
Fikirləri üçün https://www.youtube.com/
Bu il forum günü yerli təcrübə üzərinə yazılmış “Böhrandan yeni dövrana” və “Rəqəmsal marketinq - bələdçi” kitablarının təqdimatı olacaq.