"Cerrard həmişə təəccübləndirə bilir"

"Cerrard həmişə təəccübləndirə bilir"
11:22 3 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un keçmiş baş məşqçisi Rafael Benitez Stiven Cerrardın klubu tərk etmək barədə qərar qəbul etməsindən sonra fikirlərini media ilə bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis 34 yaşlı Cerrardın "qırmızılar" üçün əhəmiyyətini vurğulamaqla onun haqqında xoş sözlər söyləyib.
 
"Stivi bizim üçün aparıcı futbolçu idi. O, ən yaxşı oyunçulardan biridir. Cerrard meydanda həmişə tamaşaçıları təəccübləndirə bilir. Stiven həmişə böyük həvəslə çıxış edib. "Liverpul"a gəldiyim ilk günlərdə ondan soruşmuşdum ki, komandaya nə verə bilər. O, sadə cavab verdi: ehtiras. Stivi meydanda futbolçunun necə davranmasını əyani göstərən nümunədir. O, həmişə dünyanın ən yaxşı yarımmüdafiəçisi olmağa can atıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR