Hər zaman maraqlı oyunlara şahid olduğumuz İngiltərə Premyer Liqasında qeyri-adi bir hadisə baş verib
Milli.Az derbi.az-a istinadən xəbər verir ki, 28 dekabrda “Southempton” – “Çelsi” görüşünü “Sent Meris” stadionunda canlı izləyən Timoti adlı “Southempton” azarkeşi bir az aralıda əyləşən xanım azarkeşə aşiq olub.
Hisslərini xanıma dilə gətirə bilməyən Tim çarəni “Southempton” rəsmi “twitter” hesabına yazmaqda görüb. Xanımın adını söyləyə bilməyəcəklərini yazan “Southempton”un rəsmi “twitter” hesabından isə onları tanış edəcəkləri barədə açıqlama gəlib.
“Southempton” klubu 1 yanvar tarixində keçirilən “Southempton” – “Arsenal” matçından əvvəl Timin oturacağına üzərində “Uğurlar Tim” yazan kağız və bir dəstə gül qoyub.
Oyun bitdikdən sonra Tim öz “twitter” hesabından xanımla tanış olduğunu bildirib.
"Əzizlər"in mətbuat xidməti bu hadisə ilə bağlı animasiya filmi də hazırlayıblar. Həmin videonu təqdim edirik.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.