Tarzən Gülağa Zeynalov dünyasını dəyişib

12:32 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 12:29 ]

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri şöbəsinin kafedra müdiri, tarzən Gülağa Zeynalov dünyasını dəyişib. Tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, G.Zeynalov yanvarın 2-də axşam vəfat edib.

 

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

 

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

 

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR