""Real Madrid" məğlub edilə bilər"

""Real Madrid" məğlub edilə bilər"
12:37 3 Yanvar 2015
155 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın bu gün "Benfika"dan 25 milyon avroya transfer etdiyi Enzo Perez "Marca" nəşrinə açıqlaması ilə yadda qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Real Madrid"lə oyun haqqında da fikir bildirib.
 
"Debüt oyunuma tezliklə çıxmaq istəyirəm. Baxmyaraq ki "Valensiya"da yeniyəm, amma meydanda mübarizə aparmağa həvəsim böyükdür. Debüt oyunum qollarla yadda qalsa, daha yaxşı olar. Kimin fərqlənməsi deyil, komandanın qələbə qazanması vacibdir. Bizi "Real Madrid"lə çətin matç gözləyir. Lakin "Real Madrid" də məğlub edilə bilər. Rəqibin yüksək səviyyəli futbolçuları var. Ancaq meydanda hər şey 11-11-ə həll olunur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR