Bayramın son günlərinin hava proqnozu

Bayramın son günlərinin hava proqnozu
12:42 3 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda istirahət günləri mülayim hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək.

Mülayim cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR