Tolik hansı xalq artisti ilə çalışacaq?

Tolik hansı xalq artisti ilə çalışacaq?
12:49 3 Yanvar 2015
247 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın yeni prodüseri məlum olub. Lent.az-ın məlumatına görə, prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədəki səhifəsində yazaraq bildirib ki, o, bu gündən etibarən A.Kazımova ilə çalışacaq: “Bu da biz. Sizə deyəcəyim xəbər budur. Bu gündən Aygün xanımla işbirliyinə başlayıram. Elton Hüseynəliyevlə də çalışıram. Tanıyanlar bilir ki, mən boş-boş danışmıram. Əgər deyirəmsə, eləyirəm. Gözləyin, yeni işlər, layihələr gəlir, konsertlər gəlir”.

 

Xatırladaq ki, bu A.Kazımova ilə T.Əliyevin il işbirliyi deyil. Onlar birgə bir neçə il fəaliyyət göstəriblər.

 

Qeyd edək ki, prodüser Tolik sonuncu dəfə xanım müğənnilərdən Sevda Yahyayeva ilə çalışıb. Onlar 2 il birgə fəaliyyət göstərsələr də ötən ilin noyabrında işbirliyilərinə son qoymağı qərara almışdılar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR