Maksim Medvedev: "Elə oyunlar oldu ki, bəxtimiz gətirdi" - MÜSAHİBƏ

Maksim Medvedev: "Elə oyunlar oldu ki, bəxtimiz gətirdi" - MÜSAHİBƏ
13:04 3 Yanvar 2015
197 İdman
Ölkə mətbuatı
A- A+

Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

 

- 2014-cü ili karyeranızın indiyə qədərki hissəsi üçün ən uğurlu hesab etmək olarmı?

- Əlbəttə, çox uğurlu il oldu. İlk dəfə çempionluq sevinci yaşadım. Avrokuboklarda da çıxışımız yadda qalan oldu. Belə ki, Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədik. Karyeramda ən yaddaqalan hadisələr 2014-cü ildə baş verdi. Bu cür nailiyyətlər əldə etdiyimizə görə xoşbəxtəm.

 

- Yəqin ki, Avropa Liqasının həyəcanəı heç vaxt unudulmayacaq?

- Qrup mərhələsində maraqlı komandalarla qarşılaşdıq. Məncə, özümüzü yaxşı tərəfdən göstərə bildik. Yeni uğurlar qazanmaq üçün əlimizdən gələni edirdik. Bəzilərində istəyimizə çatırdıq, amma istədiyimizi əldə edə bilmədiyimiz məqamlar da oldu. Ümumi götürdükdə, yaxşı demək olar. Yeni ildə bundan daha yaxşısını əldə etməyə çalışacağıq.

 

- Adətən hamı uğurlarından danışır. Bəs həyata keçməsini istədiyiniz, amma reallaşdıra bilədiyiniz, üzüldüyünüz məqamlar hansılar oldu?

- Elə oyunlar oldu ki, bəxtimiz gətirdi. Bəzən isə bəxtimz gətirməyən matçlar da oldu. Əsas yadda qalan qrup mərhələsinin son turunda “İnter”lə keçirdiyimiz oyunda baş verənlər oldu. Biz təmiz qol vurduq, bütün dünyanın gözü qarşısında referi qolumuzu qeydə almadı. Halbuki, düzgün qərar versəydi, bizim üçün böyük iş olacaqdı. Növbəti uğurmuzu reallaşdıracaq, tarix yazacaqdıq. Alınmadı. Amma maraqlı hadisələr oldu. Həmin tur Kiyevdə keçirilən oyunda “Dnepr” ofsayddan qol vurdu, qeydə aldılar, “Sent-Etyen” son saniyələrdə penaltini vura bilmədi. Bu da “Qarabağ” üçün pis nəticə oldu. Çünki oyun heç-heçə bitsəydi, biz mərhələ adlayacaqdıq. Belə məqamlar çox olub. Ona görə də yaddan çıxarmağa çalışırıq. Artıq bildik ki, Avropada hansı hadisələrlə rast gələ bilərsən.

 

- “Qarabağ” xüsusilə də “İnter”lə Bakıdakı oyunda baş verənlərə görə uzun müddət gündəmdən düşmədi. Bəlkə bu, Azərbaycanın ərazi vahidi olan Qarabağın talayini bu dəfə eyniadlı futbol komandasının yaşamasından doğurdu?

- Hərə bir söz deyirdi. Kimisi futobldan belə halların olduğunu, bir qismi haqsızlığın, müəyyən hissə isə siyasətlə bağlı olduğunu bildirdi. Düzünü mən deyə bilməyəm. Futbolçuyam, işim yaşıl meydandadır. Mənim üçün qrupdan çıxa bilməməyimiz ağır oldu. Ancaq dedilər ki, bu Ukraynada baş verənlərlə bağlıdı. Düzgün olub-olmadığına qarışa bilmərəm.

 

- Artıq yeni ilin ilk günlərini yaşayırıq. At ili yerini qoyuna verdi. Bu cür yerdəyişmələrlə bağlı verilən proqnozlara münasibətiniz necədir?

- Açığı, belə şeylərlə maraqlanmıram. Mənim üçün nə ili olmasının heç bir fərqi yoxdur. Vacib olan uğurlarımızın davamını gətirməkdi.

 

- Fasilədən yararlanıb dincəlmək üçün ölkə xaricinə yollanmışdınız?

- Artıq gedib-gəlmişəm. Amma hansı ölkəyə getdiyimi demiyəcəm. Yeni ili isə Bakıda qeyd etdim. Yavaş-yavaş təlim-məşq toplanışına hazırlaşırıq. Yaxşı hazırlaşmalıyıq ki, mövsümün qalan hissəsini də zirvədə başa vuraq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR