Təyyarənin təkəri qopdu (FOTO)

13:11 3 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Maqadan hava limanında xoşagəlməz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, yük təyyarəsinin şassisi qopub və nəticədə hava gəmisi uçuşu yerinə yetirə bilməyib. Saatda 200 kilometr sürəti yığan "Аn-26" təyyarəsi uçuşa qalxa bilməyib. Nəticədə təyyarə uçuş zolağından kənara çıxıb.

Yük təyyarəsi Kamçatkadan Nijnevartovsk şəhərinə uçuş həyata keçirimiş. Təyyarə Maqadan hava limanına yanacaq doldurmaq üçün enib.

Qəza zamanı təyyarənin göyərtəsində on nəfər ekipaj üzvü olub. Xoşbəxtlikdən onlardan heç biri zərər çəkməyib.

Hadisədən sonra hava limanı axşam saatlarına qədər bağlı saxlanılıb və araşdırma aparılıb.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR