Braziliyalı futbol əsanəsi Pele bütün mükafat və xatirə hədiyyələrini hərraca çıxaracaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Braziliya millisinin sabiq hücumçusu əşyalarını iyunda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək üçgünlük hərraca çıxarmaq niyyətindədir.
1958, 1962 və 1970-ci il dünya çempionatlarının qalibi 75 yaşlı futbol ulduzu dünya çempionatının 3 qızıl medalı, eləcə də 1000-ci qolu vurduğu topla vidalaşmaq niyyətindədir. Medalların hər biri 141 min funt sterlinq, top isə 28-42 min funt sterlinq dəyərindədir.
Milli.Az